Tərkibi (1 kapsulda):
Dəmir Fumarat (Dəmir – 40 mq) – 121.4 mq
Fol turşusu (Vitamin B9) – 200 mkq
Sianokobalamin (Vitamin B12) – 0.003 mq (3 mkq)
Askorbin turşusu (Vitamin C) – 80 mq
Mis Qlükonat (elemental Mis 0.154 mq) – 1.1 mq
Köməkçi maddələr: Maltodextrin (Maltodekstrin), Magnesium stearat (Maqnezium stearat), Silicon dioxide (Silikon dioksid).
İstifadə sahəsi və göstərişlər:
• Dəmir çatışmazlığına bağlı anemiyanın profilaktikası və dəstəkləyici müalicəsi.
• Fol turşusu və B12 vitamini defisitinin bərpası.
• Hamiləlik dövründə artan dəmir tələbatının dəstəklənməsi.
• Halsızlıq, yorğunluq və zəiflik zamanı əlavə dəstək.
• Menstrual dövrdə itkilərə bağlı dəmir çatışmazlığının qarşısının alınması.
İstifadə qaydası və doza:
14 yaş uşaqlar və böyüklər: gündə 1 kapsul, yeməkdən sonra su ilə qəbul edilir.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Əks göstərişlər:
• Dəmirə və ya məhsulun hər hansı komponentinə qarşı allergiya.
• Hemoxromatoz və ya hemosideroz kimi dəmir yığılması xəstəlikləri.
• Həkim məsləhəti olmadan 12 yaşdan kiçik uşaqlarda istifadə olunmamalıdır.
Xəbərdarlıqlar:
• Dərman vasitəsi deyil.
• Qida əlavəsi balanslaşdırılmış qidalanmanı əvəz etmir.
• Hamiləlik və laktasiya dövründə həkimlə məsləhətləşin.
• Mədə-bağırsaq narahatlığı yarana bilər – yeməkdən sonra qəbul tövsiyə olunur.
Saxlanma şəraiti:
25C-dən aşağı temperaturda saxlanmalıdır. Quru, sərin, günəş işığından uzaq yerdə saxlayın. Uşaqların əli çatmayan yerdə saxlayın.
Buraxılış forması:
№30 kapsul, blisterdə, karton qutu qablaşdırmada.
Yararlılıq müddəti:
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə edilməməlidir.
Dərman vasitəsi deyildir. Bioloji aktiv qida məhsuludur..
İstehsalçı EVA MED MMC,
Əmtəə nişanın sahibi: Naturamed pharmaceuticals